Bakıdan Neftçalaya qonaq gələn üç yaşlı uşaq suda boğularaq ölüb.
"Report"un məlumatına görə, hadisə rayonun Ballıcalı kəndində qeydə alınıb.
Belə ki, ailəsi ilə birlikdə kəndə qonaq gələn Bakı şəhər sakini, 2021-ci il təvəllüdlü H.X. velosiped sürərkən həyətdə ördəklər üçün qazılaraq su ilə doldurulmuş çuxura düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.
Rəylər