Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusarçay üzərində yerləşən avtomobil körpüsünün bərpası işləri yekunlaşıb.
Agentlikdən Oxu.Az-a verilən məlumata görə, aparılan işlər çərçivəsində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 180-ci kilometrliyində yerləşən körpünün qəzalı vəziyyətə düşmüş 2 aşırımının aşırım qurğusu tirləri demontaj olunaraq yeniləri ilə əvəz edilib.
Daha sonra körpüdə layihə ardıcıllığına uyğun digər təmir-tikinti işlərinin aparılıb və sonda qurğu yeni asfalt-beton örtüklə örtülərək sürücülərin istifadəsinə verilib.
Xatırladaq ki, avtomobil körpüsündə aparılan təmir-tikinti müddəti ərzində fasiləsiz hərəkətin təmin olunması məqsədilə sürücülər üçün yaxınlıqda müvəqqəti alternativ yol da salınmışdı.
Rəylər