Sabah səhər saat 06:00-dan 14 iyul saat 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində və Mikayıl Müşfiq küçəsində (M.Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək, M.Müşfiq dairəsi də daxil olmaqla Parlament prospektinədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Qeyd olunub ki, kənar dairəvi yoldan mərkəzə hərəkət edən sürücülər M.Müşviq küçəsindən İzzət Nəbiyev küçəsinə keçməklə Parlament prospektinə, şəhərin mərkəzindən Badamdar istiqamətinə hərəkət edən sürücülər Mehdi Hüseyn, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrindən keçməklə, eləcə də Abbas Mirzə Şərifzadə küçəsindən Kənar dairəvi yol və Badamdar istiqamətinə hərəkət edən sürücülər isə Yasamal qəbiristanlığı ərazisindən keçməklə çıxa bilərlər.
Sabah saat 06:00-dan 14 iyul saat 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində (Mikayıl Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək, Mikayıl Müşfiq dairəsi də daxil olmaqla) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.
Rəylər