Bakıda H1 ekspres xətti üzrə avtobusun sürücüsü sükan arxasında smartfondan istifadə etməklə sərnişinlərin həyatını təhlükəyə atıb.
Bununla bağlı sərnişinlər Oxu.Az-a şikayət ünvanlayıblar.
Qeyd olunub ki, "BakuBus" MMC-yə məxsus olan və aeroporta sərnişin daşıyan "Airport express" xəttinin H1 nömrəli avtobusunda sürücü yolboyu "WhatsApp"da yazışıb.
"Bu isə sərnişinlərin həyatını riskə atmaq deməkdir", - deyə şikayətdə bildirilib.
Məsələ ilə bağlı "BakuBus" MMC-yə sorğu ünvanladıq.
Şirkətin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, həmin sürücü hazırda xətdədir və o, şirkətə çağırılaraq məsələ araşdırılacaq. Bundan sonra əlavə məlumat veriləcək.
Əzizə İsmayılova