"İmişlidə itkin düşmüş Rasimlə bağlı bütün zəruri addımlar atılır".
"Report" xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, atılan addımların müsbət nəticə verəcəyinə ümid edir:
"Hazırkı an üçün isə konkret nə isə demək mümkün deyil".
Qeyd edək ki, 11 yaşlı Rasim Xankişiyev ötən ilin dekabrın 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşüb.
Rəylər