Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Cəyirli kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Aran" dalğıc-axtarış qrupunun qüvvələri cəlb ediliblər.
Hazırda batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Kənan İlyas oğlu Əhmədlinin axtarışları dalğıclar tərəfindən davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bərdədə 31 yaşlı kişi kanalda batıb
Rəylər