“Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin vəziyyəti normallaşıb”.
Bu barədə Oxu.Az-a onun yaxın dostu məlumat verib.
O, bəstəkarın vəziyyətinin əvvəlki günlərə nisbətən daha yaxşı olduğunu bildirib.
Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də halı pisləşib. İstanbulda dərhal xəstəxanaya yerləşdirilib. Beyninə qan sızdığı deyilib. Bəstəkarın ilk günlərdə vəziyyəti ağır olub.
Bəstəkar Cavanşir Quliyevin müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək verilir.
Cavanşir Quliyevin qardaşı oğlu Atarəhim Qulusoy da açıqlamasında bəstəkarın sağlıq durumunun yaxşıya doğru getdiyini bildirib.
“Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin vəziyyəti normallaşıb”.Bu barədə Oxu.Az-a onun yaxın dostu məlumat verib.O, bəstəkarın vəziyyətinin əvvəl...
Nəzrin Vahid
Rəylər