Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer və kimliyi müəyyən edilən şəhid Elbrus İsaq oğlu İsaqovun qalıqları dəfn edilib.
APA-nın verdiyi xəbərə görə, şəhid Elbrus İsaq oğlu İsaqovun qalıqları Biləsuvar rayonundakı 1 saylı Cəbrayıl qəsəbəsində yaşayan ailəsinə təhvil verilib.
Şəhidlə qəsəbədə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, kənd sakinləri, rayonun rəhbər şəxsləri, şəhid ailələri, qazi və veteranlar iştirak ediblər.
Şəhidin qalıqları qəsəbədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Elbrus İsaq oğlu İsaqovun Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.
1966-cı il təvəllüdlü Elbrus İsaq oğlu İsaqov 1984-1986-cı illərdə Əfqanıstanda xidmətdə olub.
Könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. Döyüş yoluna xüsusi təyinatlı kimi Murovdağ silsiləsindən başlayıb. Ömər aşırımının müdafiəsində qəhrəmanlıq göstərib. 1994-cü il fevralın 11-dən sonra Elbrus İsaqov itkin düşmüş sayılıb.
Bu gün səhər saatlarında Bakının Sabunçu rayonunda yerləşən Pirşağı dəmiryol stansiyasının yaxınlığındakı yolda yüksək sürətlə hərəkət edən “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək dəmiryol mühafizə hasarına çırpılıb və nəqliyyat vasitəsi dəmir yolu xəttinin üzərinə aşıb.
Rəylər