Biləsuvarda traktorun qoşqusundan yıxılan Nahid Abdullayev ölüb.
"Report" xəbər verir ki, Biləsuvar şəhər sakini, 1979-cu il təvəllüdlü Nahid Qurban oğlu Abdullayev iyunun 15-də ot presi yığarkən traktorun qoşqusundan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
O, iyulun 19-u saat 8 radələrində müalicə olunduğu Bakı şəhərində yerləşən Neyrocərrahiyə xəstəxanasında ölüb.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Rəylər