"Azərbaycan dayanıqlı və yaşıl iqtisadiyyata hazır olmalıdır".
Oxu.Az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva "Yaşıl artım gündəliyində təhsil" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, iqlimlə bağlı bilik, bacarıq və qabiliyyət erkən yaşlardan başlanmalıdır:
"Eləcə də, dəqiq elmlərin daha da gücləndirilməsi, STEAM təhsilinə gənc qızların cəlbini istəyirik. Özəl sektorla əməkdaşlığa hazırıq. Düşünürük ki, təhsil sahəsində əməkdaşlıq güclənməlidir. Özəl sektor çevik yanaşma nümayiş etdirməlidir. Gənc insanlar öz ali təhsillərini bitirdikdən sonra hazır olmalı, əmək bazarının tələblərinə cavab verməlidirlər".
BMT rəsmisi onu da əlavə edib ki, Azərbaycanın COP29-a hazırlığı yüksək səviyyədə gedir:
"Bu istiqamətdə bütün mühüm təməl bloklarla bağlı zəruri işlər görülüb".
Könül Cəfərli