Azərbaycanın ümumi təhsil müəssisələrində "Son zəng" tədbiri keçirilib.
Oxu.Az-ın əməkdaşı Bakı şəhəri şəhid polkovnik Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbdə keçirilən "Son zəng" tədbirində iştirak edib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və şagirdlər iştirak ediblər. Mərasimdə söz alan müəllimlər və valideynlər məktəblə bağlı xatirələrini bölüşüb, sonuncu zəngi çalınan məzunlar isə hazırladıqları rəqsləri və mahnıları ifa ediblər.
Elm və təhsil naziri "Son zəng" tədbirində iştirak edib
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
Azərbaycanın ümumi təhsil müəssisələrində "Son zəng" tədbiri keçirilir.
Oxu.Az xəbər verir ki, 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 706 935 nəfər təşkil edib.
Cari tədris ilində ümumi təhsil müəssisələrində 102 120 nəfər XI sinfi, 150 445 nəfər IX sinfi, 137 862 şagird isə birinci sinfi bitirir.
Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 569 uşaq təhsil alıb.
Qeyd edək ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, 2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində 15 sentyabr 2023-cü il tarixində başlayır, 14 iyun 2024-cü il tarixində başa çatır.