Çaylarda suyun səviyyəsinin artması selə səbəb olub.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a bildirilib.
Vurğulanıb ki, ölkənin əksər bölgələrinə yağan intensiv yağıntılarla əlaqədar hazırda Samux rayonunun ərazisindən axan Qabırrıçaydan, Göygöl və Samux rayonlarının ərazilərindən axan Qoşqarçaydan, Daşkəsən, Göygöl rayonları və Gəncə şəhəri ərazilərindən axan Gəncəçaydan, Daşkəsən rayonunun ərazisindən axan Dəstəfurçaydan, Tovuz rayonunun ərazisindən axan Zəyəmçaydan, Göygöl rayonunun ərazisindən axan Kürəkçaydan, Balakən rayonunun ərazisindən axan Balakənçaydan sel keçir.
Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, ötən gün ərzində yağan leysan xarakterli yağıntılar nəticəsində gecə saatlarında Tovuz rayonunun ərazisindən axan Axıncaçayda da suyun səviyyəsi artaraq selin baş verməsinə səbəb olub.
Rəylər