Cəlilabadın Moranlı kəndində ailə faciəsi baş verib.
Ata və qızı 15 metrlik su quyusuna düşərək boğulublar.
Belə ki, 43 yaşlı Həsənağa Məmmədov qızı, 20 yaşlı Nəsibə Məmmədovanı xilas etmək istəyərkən özü də quyuya düşüb.
"Həsənağanın qohumu bizim yanımızda idi. Zəng gəldi, çıxıb getdi. Ondan sonra bizə xəbər gəldi ki, Nəsibə quyuya düşüb", - deyə mərhumun qohumu bildirib.
Ətraflı Baku TV-nin süjetində:
Nişanlı qızın faciəsi atasının da sonunu gətirdi
Cəlilabad rayonu, Moranlı kəndində ata və qızı dərinliyi təxminən 15 metr olan su quyusuna düşüb.
Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, bu barədə "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1981-ci il təvəllüdlü Həsənağa Təvəkkül oğlu Məmmədov və 2004-cü il təvəllüdlü Nəsibə Həsənağa qızı Məmmədovanın meyitləri quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Cəlilabad rayonunun Moranlı kəndində su quyusuna düşən atanın və quyuya düşdüyü ehtimal edilən qızının şəxsiyyəti məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, onlar 1981-ci il təvəllüdlü Həsənağa Məmmədov və onun 2004-cü il təvəllüdlü qızı Nəsibə Məmmədovadır.
Qeyd edək ki, xilasedicilər atanın meyitini təxminən 15 metr dərinliyi olan su quyusundan tapıb. Hazırda quyuda olduğu ehtimal edilən qadının axtarışları aparılır.
Cəlilabad rayonunda ata və övladının su quyusuna düşdüyü ehtimal olunur, atanın meyiti tapılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.
Belə ki, Fövqəladə Hallar Nazirliyinə (FHN) 20 yaşlı qadının təxminən 15 metr dərinliyi olan su quyusuna düşdüyü barədə məlumat daxil olub. Hadisə yerinə gələn xilasedicilər quyudan həmin qadının atasının meyitin aşkar ediblər. Həmçinin 20 yaşlı qadının da quyuda olduğu ehtimal edilir. Hazırda onun xilas edilməsi üçün əməliyyat aparılır.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadası da cəlb olunub.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.
Cəlilabad rayon sakini su quyusuna düşüb.
APA xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, bir nəfər təxminən 15 metr dərinliyi olan su quyusuna düşüb. Hazırda onun xilas edilməsi üçün tədbirlər görülür.
Rəylər