Ötən ay Cəlilabadda iki nəfəri əqrəb, iki nəfəri isə ilan sancıb.
Bu barədə "Report"a Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Qeyd olunub ki, may ayı ərzində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə dörd nəfər müxtəlif heyvanların sancması səbəbi ilə müraciət edib.
1983-cü il təvəllüdlü (kişi cinsli) şəxs və 2009-cu il təvəllüdlü (kişi cinsli) şəxs əqrəb sancması, 2022-ci il təvəllüdlü (qadın cinsli) şəxs, 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs isə ilan sancması səbəbi ilə müraciət edib.
Onlara zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.