"Hər il ölkədə məhərrəmlik mərasimi yüksək səviyyədə qeyd edilib. Bunun üçün ölkədə hər cür zəruri şərait yaradılır".
Oxu Az xəbər verir ki, bunu VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov Aşura günü ilə əlaqədar olaraq İlahiyyat İnstitutunda keçirilən qanvermə aksiyasında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu günlərdə adətən insanlar məscidlərə üz tutur və əzadarlıq mərasimləri keçirirlər:
"Bir sıra hallarda Aşura günündə insanların başyarma və müxtəlif yollarla qan çıxardığının şahidi olurduq. Düzdür, son illərdə bu hallar kifayət qədər azalıb. Lakin maarifləndirici tədbirlər səbəbindən artıq belə neqativ hallar olmur. İnsanlar özlərinə ziyan vurmaq yerinə qanvermə aksiyalarına qoşulmaqla daha faydalı şəkildə Aşura gününün mahiyyətini başa düşürlər".
Könül Cəfərli