2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev qəza keçirib.
"Qafqazinfo"nun məlumatına görə, Mehdiyev qəzada xəsarət alıb.
Ayaqları tutulan təqsirləndirilən şəxs vəkillərinin yardımı və əsa ilə məhkəmə zalına gəlib.
Prosesdə bir nəfər şahid iştirak edib. O, istintaqdakı ifadəsini təsdiq edib.
Qeyd edək ki, Çingiz Mehdiyev "Formula-1" oyunlarının təşkili vaxtı vəzifə saxtakarlığı edərək 400 min manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Mehdiyev həbsdə deyil. O, ibtidai və məhkəmə istintaqı dövrü müddətində polisin nəzarətinə verilib.
Rəylər