Gəncədə 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alıb.
"Report"un məlumatına görə, Samux rayon sakini, 1969-cu il təvəllüdlü R.Hüseynov qaynaq işi görən zaman ehtiyatsızlıqdan baş verən partlayış nəticəsində yanıq xəsarətləri alıb.
O, xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirildiyindən Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur.
Faktla bağlı araşdırma aparılır.
Rəylər