Gürcüstanlı səyyahlar Ağdama səfər ediblər.
"Report" xəbər verir ki, qonaqlar Ermənistanın işğal illərində Ağdamda törətdiyi dağıntılar, aparılan yenidənqurma və tikinti işləri ilə tanış olublar.
Bundan başqa, səyyahlar bərpa edilmiş Ağdam məscidini və Şəhidlər xiyabanını ziyarət ediblər.
Qonaqlara şəhərin işğal və dağıntıdan əvvəlki tarixi fotoşəkilləri də nümayiş etdirilib.
Daha çox foto burada: Photostock.az
Gürcüstandan olan bir qrup səyyah işğaldan azad edilmiş Xankəndi şəhərini gəzib.
"Report" xəbər verir ki, qonaqlar şəhərdə aparılan bərpa işləri ilə tanış olublar.
Səyyahlar Qarabağ Universiteti və stadionu, tarixi və mədəniyyət abidələrini ziyarət ediblər.
Qeyd edək ki, oktyabrın 17-də Gürcüstandan Azərbaycana üç qrup səyyah gəlib. 30 nəfərlik səyyahdan ibarət qrup bölgədə aparılan tikinti-bərpa işləri və tarixi abidələrlə tanış olacaqlar.
Səyyahların azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.
Daha çox foto burada: Photostock.az
Rəylər