Avqustun 11-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında doğuş zamanı oğlan uşağının dünyasını dəyişməsi xəbəri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Əslən Kəlbəcərdən olan və Yevlaxın Səmədabad kəndində yaşayan Şəlalə Abdullazadə və ailə üzvləri uşağın ölümündə həkim Gülbəniz Vəliyevanı ittiham edirlər.
Ananın sözlərinə görə, həkim doğuş zamanı onunla düzgün rəftar etməyib:
"Həkimin laqeyd yanaşdığını gördüyüm üçün valideynlərimə xəbər verib, başqa həkim çağırılmasını tələb etmək istədim. Valideynlərimin xəstəxanada olmadığnı dedilər. Daha sonra telefonumu istəsəm də, vermədilər. Doğuş zamanı heç bir tibbi alətdən istifadə etmədilər. Qarnımı əzib narahat edirdilər, prosesi lazımi qaydada həyata keçirmirdilər. Körpənin ölü olduğunu iddia etdilər, amma sağ idi. Həyatını xilas etmək olardı".
Şəlalə Abdullazadənin qayınanası Ceyran Abdullayeva da həkimin gəlininə qarşı aqressiv hərəkətlər etdiyini bildirib:
"Həkim insanlığa sığmayan hərəkət edib, ona işgəncə verib. Hətta kömək istəyəndə gəlinimə - "sən mənə ağıl öyrədirsən?!" - deyib".
Daha ətraflı Baku TV-nin süjetində:
Avqustun 11-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında doğuş zamanı oğlan uşağının dünyasını dəyişməsi xəbəri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Rəylər