Azərbaycanda iki dost bostandan icazəsiz dərib yedikləri iki ədəd qarpıza görə məhkəməlik olublar.
"Qaynarinfo"nun məlumatına görə, hadisə Şərur rayonunun Mahmudkənd ərazisində baş verib.
Belə ki, 1982-ci il təvəllüdlü C.B. və 1984-cü il təvəllüdlü V.D. Mahmudkənd ərazisində yerləşən bostana gedərək, çəkisi 4.10 kq və 5.10 kq olan iki qarpızı icazəsiz dərərək yeyiblər.
Bostan sahibi hər iki şəxslə bağlı polisə müraciət edib və onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib olunub. İşə məhkəmədə baxılıb və bostan sahibinə ümumilikdə 2 manat 76 qəpiklik dəyən ziyan ödənilib.
Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh edilməsinə dair iş üzrə icraata xitam verilib.
Rəylər