Qusarda avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 21 sürücü aşkar olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir.
Son bir neçə gün ərzində keçirilən tədbirlərlə avtomobili narkotikin təsiri altında idarə edən doqquz sürücü saxlanılıb.
Həmçinin, avtomobili sərxoş vəziyyətdə idarə edən 12 avtomobil sahibi də saxlanılıb ki, onlardan birinin sürücülük hüququ olmayıb.
Aşkarlanan faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.
Rəylər