İlk dəfə Xankəndi-Bakı ultramarafonu keçiriləcək.
Oxu.Az xəbər verir ki, yarış fevralın 29-da start götürəcək.
Xankəndidə başlayacaq ultra marafonda iştirakçılar 380 kilometr məsafə qət edərək, finişə Bakıda çatacaqlar. Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil edəcəyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçiriləcək.
Ultramarafon iştirakçıları Xankəndi-Yevlax (83 km), Yevlax-Ucar (84 km), Ucar-Hacıqabul (88 km), Hacıqabul-Qobustan (70 km) və Qobustan-Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.
“Qürurla irəli” şüarı ilə keçiriləcək ultramarafona qoşulmaq istəyən 18 yaşdan yuxarı hər kəs fevralın 20-dək https://ultramarathon.mys.az/ linki vasitəsilə qeydiyyatdan keçə bilər.
Rəylər