"İndiyə qədər Bakıda 19 minə yaxın parklanma yeri təşkil edilib".
Oxu.Az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov keçirilən brifinqdə bildirib.
"Qanunsuz parklanma yeri təşkil edən fiziki və hüquqi şəxslərə maliyyə sanksiyaları nəzərdə tutulur. Parklanma ilə bağlı nağd ödənişlər də qanunsuzdur. Vətəndaşlardan xahiş edirik ki, kimdənsə nəğd pul tələb edilsə, razılaşmasınlar. Onu da qeyd edək ki, parklanma sahəsində hər ay nizam-intizamın artdığının şahidi oluruq", - deyə Rəhman Hümmətov qeyd edib.
Almaz Qasımova
Rəylər