Qubada avtobus sürücüləri taksi sürücülərinin dayanacaqları zəbt etmələrindən şikayətçidirlər.
Şikayətçilər qeyd ediblər ki, ərazidə dayanma və durmanı qadağan edən nişan olsa da, taksi sürücüləri buna məhəl qoymurlar.
Hər gün sözügedən problemlə üz-üzə qaldıqlarını deyən avtobus sürücüləri bu səbəbdən sərnişinlərin avtobusa rahat minib-düşməsinə maneə yarandığını bildiriblər.
"40 ilin sürücüsüyəm. Belə şey görməmişəm. Sərnişinlər avtobusa nə minə, nə də düşə bilirlər. Saxlayıb sərnişin götürmək istəyirik, imkan vermirlər. Polis gəlib sürücüləri dayanacaqdan uzaqlaşdırsa da, yenidən qayıdırlar", - deyə şikayətçi bildirib.
Daha ətraflı Baku TV-nin materialında:
İnsanlar Qubada taksi sürücülərinin dayanacaqları zəbt etməsindən şikayətçidirlər
Rəylər