İsmayıllı rayonunun Soltankənd kəndində su problemi yaşanır.
Xezerxeber.az-ın məlumatına görə, kənddə suyun olmaması sakinləri çıxılmaz vəziyyətdə qoyub. Mövcud vəziyyət səbəbindən insanlar yağış suyundan istifadə edirlər. Hətta sakinlər bəzən bu kəndə gələn qonaqlardan da su istəyirlər.
Sakinlər iddia edirlər ki, kənddə su probleminin yaranmasının bir səbəbi də su xəttinə kənar müdaxilələrin olmasıdır. Onların sözlərinə görə, meşəlik ərazidə fəaliyyət göstərən kafe və restoranlara həmin xətdən qeyri-qanuni yolla su aparılır.
Məsələ ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə, Soltankənd və digər kəndlərə çəkilən yeni su xətləri və yeni tikilən anbarlar sınaq mərhələsindədir. Sınaq mərhələsi bitdikdən sora həmin kəndlərə içməli suyun daimi veriləcəyi nəzərdə tutulub. Vətəndaşların hazırda üzləşdiyi su problemi müvəqqətidir. Yaxın günlərdə məsələ öz həllini tapacaq.
Ətraflı süjetdə:
İsmayıllı rayonunun Soltankənd kəndində su problemi yaşanır.
Rəylər