Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdullaya yeni vəzifə verilib.
Modern.az-ın məlumatına görə, professor Azərbaycan Milli Ensiklopediyasının Redaksiya heyətinin üzvü təyin edilib.
Qeyd edək ki, Redaksiya heyəti Azərbaycan Milli Ensiklopediyasının yüksək elmi səviyyədə çapa hazırlanmasını təmin edir.
Redaksiya heyətinin qarşısında duran məqsəd müasir sivilizasiyanın əldə etdiyi bilik və məlumatların bütün sahələrini əhatə edən, Azərbaycan xalqının tarixində baş vermiş mühüm ictimai-siyasi və mədəni hadisələri elmi şəkildə əks etdirən, yeni dövrün tələblərinə cavab verən, universal xarakterli, sistemi və yığcam məlumat bazasını ensiklopedik formada təqdim etməkdir.
Qeyd edək ki, Kamal Abdulla 2017-ci ildən ADU-nun rektorudur.
Rəylər