"Bu il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 36 əməliyyat keçirilib, 29 nəfər cinayət başında tutulub".
Oxu.Az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "Azərbaycan" qəzetinə məqaləsində bildirib.
O qeyd edib ki, baş idarə tərəfindən 143 şəxs barəsində cinayət işi baxılması üçün məhkəmələrə göndərilib:
"108 cinayət işi üzrə vurulmuş maddi ziyan 102 milyon 400 min manat təşkil edib. İbtidai istintaq dövründə 25 milyon 545 min manatın ödənilməsi təmin olunub, həmçinin 20 milyon 760 min manat məbləğində əmlak üzərinə həbs qoyulub. Ümumilikdə 46 milyon 305 min manat məbləğində ziyanın bərpası təmin olunub".
Kamran Əliyev bildirib ki, bundan başqa, icraatına xitam verilmiş işlər üzrə 16 milyon 629 min manat məbləğində maddi ziyan ödənilməklə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyon 68 min manat məbləğində pul vəsaiti ödənilib.
Rəylər