Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kəlbəcərlilər doğma şəhərlə bağlı ümidlərindən danışdılar: "Evə çatanda oğlum ağlamağa başladı"
Bu gün Kəlbəcər rayonunun erməni işğalçılarından təmizlənməsindən dörd il ötür.
Sevinc hisslərini Baku TV ilə bölüşən kəlbəcərlilər - Əhliyəddin Şahbəndəyev və Bağdagül Şahbəndəyeva doğma torpaqlarına qayıtmaq ümidlərini heç vaxt itirmədiklərini deyiblər.
Kəlbəcərdən son çıxanlardan olduqlarını vurğulayan Əhliyəddin Şahbəndəyev ailəsi ilə birlikdə yaşadığı çətin anlardan danışıb:
"Yoldaşımın anasının 103 yaşı var idi. Özünün də nə dizi tuturdu, nə də gözü görürdü. İkisini də atla gətirməli oldum".
Kəlbəcər işğaldan azad edildikdən sonra doğulub-böyüdüyü yerləri ziyarət edən Ə.Şahbəndəyev söyləyib:
"Bizim ərazilər görünəndə oğlum dedi ki, möhkəm dayan, çox çətinliklə tikdiyin evi ermənilər dağıdıblar. Evə çatanda isə özü ağlamağa başladı. Dedim, mənə ürək-dirək verirdin, niyə ağlayırsan?!"
Ətraflı süjetdə:
"Kəlbəcər rayonu" teqi üzrə xəbərlər
- Politoloq: "Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir"
- Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir
- Prezidentin xüsusi nümayəndəsi: "Toğanalı-Kəlbəcər-İstisu yolu gələn il istifadəyə veriləcək"
- Beynəlxalq səyahətçilər bu gün Kəlbəcər və Laçına səfər ediblər
- Azərbaycandakı xarici diplomatların Kəlbəcər rayonuna səfəri başa çatıb
Rəylər