Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov işdən çıxıb.
"Report"un əldə etdiyi məlumata görə, onun yerinə Seymur Səfərli təyin edilib.
Yeni şöbə müdiri Azərbaycan İnşaat Mühəndisləri Universitetinin Meliorasiya mühəndis sistemlərinin tikintisi ixtisası üzrə həm bakalavr, həm də magistr pilləsi üzrə ali təhsil alıb, 2007-ci ildən aqrar elmlər üzrə fəlsəfə doktorudur.
O, indiyə qədər nazirliyin Elmi Tədqiqat Eroziya və Suvarma İnstitutunda elmi işçi, laboratoriya müdiri, şöbə müdiri və direktor vəzifələrində çalışıb.
Rəylər