Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb.
Bu məlumat Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.
Qeyd olunub ki, bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
"Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində intihar etmək niyyətindən çəkinib və o, xilas edilərək aidiyyəti üzrə təhvil verilib", - deyə məlumatda qeyd olunub.
Bakıda, metronun "Koroğlu" stansiyası yaxınlığındakı körpüdə bir nəfər özünü atmağa cəhd edir.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə bildirilib.
Hadisə ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirildi ki, hazırda FHN-in qüvvələri tərəfindən intihara cəhd edən şəxsin xilasetmə əməliyyatı həyata keçirilir.
Əzizə İsmayılova