Kür çayında balıq tutan şəxs bədbəxt hadisə nəticəsində həlak olub.
"Report"un məlumatına görə, hadisə Kür çayının Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü O.Mamayev qardaşı ilə birgə ehtiyatsızlıqdan yıxılıb və balıq tutmaq üçün nəzərdə tutulan metal qarmaq onun ürəyinə batıb.
O, aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.