Kürdəmirdə idarəetmədən çıxan "Mercedes-Benz" markalı mikroavtobus su kanalına düşüb, xəsarət alanlar var.
APA-nın xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Gəncə sakini, 1988-ci il təvəllüdlü Ceyhun Canpolad oğlu Abdullayev "Mercedes-Benz" markalı mikroavtobusla hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Qəza zamanı sürücü və onun sərnişini 2005-ci il təvəllüdlü Yusif Ramil oğlu Əhədov müxtəlif dərəcəli ağır bədən xəsarəti alıblar.
Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.
Faktla bağlı araşdırma aparılır.
Rəylər