Lənkəranda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
APA-nın verdiyi məlumata görə, Lənkəran şəhərinin "Kiçik Bazar" deyilən ərazisində dənizdə bir nəfərin boğulması barədə təcili tibbi yardıma məlumat daxil olub. Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Hazırda ona tibbi yardım göstərilir, şəxsin kimliyi dəqiqləşdirilir.
Lənkəranda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib