Planetimizə 1400 km/san sürətlə maqnit qasırğası yaxınlaşır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə 24rus.ru xəbər yayıb.
Proqnozlara görə, geomaqnit qasırğası uzunmüddətli və güclü olacaq - onun pik nöqtəsi 26-27 sentyabr tarixlərinə təsadüf edəcək.
Həkimlər, əsasən də ürək-damar xəstəlikləri olanlara, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkənlərə bu günlərdə xüsusi diqqətli olmağa - zəruri dərmanları əvvəlcədən tədarük etməyə, stresdən və ağır yüklərdən qaçmağa çağırırlar. Bundan başqa, mümkün qədər ağır işlər görməmək və daha çox su içmək məsləhət görülür.
Qeyd edək ki, maqnit qasırğaları Günəşdə baş verən partlayışlar və koronal kütlə atılması adlanan nəhəng yüklü hissəcik buludlarının kosmosa atılması nəticəsində yaranır. Bu hissəciklər Yerin maqnitosferi ilə qarşılaşdıqda, bir neçə saatdan bir neçə günə qədər davam edə bilən geomaqnit sahəsində narahatlıqlara səbəb olur.
Planetimizə 1400 km/san sürətlə maqnit qasırğası yaxınlaşır.
Rəylər