Daxili İşlər Nazirliyi (DİN) 1 saylı Maştağa Psixiatriya Xəstəxanasında döyüldüyü iddia edilən şəxslə bağlı görüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov APA-ya bildirib ki, həmin şəxsin müalicə olunduğu xüsusi təyinatlı tibb müəssisəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Məsələ ilə bağlı təhqiqat araşdırmaları aparılır.
Maştağa Psixiatriya Xəstəxanasında döyüldüyü iddia edilən şəxslə bağlı RƏSMİ AÇIQLAMA
Rəylər