Məhərrəmliyin bitməsi şadlıq saraylarında, restoranlarda, gözəllik salonlarında və s. sahələrdə canlanmaya səbəb olub. Xalqımızın toyunu, nişanını zinət əşyası olmadan təsəvvür etmək olmaz.
Bəs bu il məhərrəmlikdən sonra toyların, nişanların artması qızıl satışına necə təsir edib? Bu sahədə canlanma müşahidə olunurmu?
"Azərbaycan zərgərlər assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Toğrul Abbasquliyev Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, toy, nişan mərasimlərinin başlaması qızıl satışında canlanmaya səbəb olub.
O, daha sonra qızılın qiymətinin artmasının satışlara təsiri barəsində danışıb:
"Qızılın qiymətinin son vaxtlar kəskin dərəcədə artması mənfi haldır. Bu gün 1 qram, 999 əyar təmiz qızılın qiyməti 83-84 dollar arasında dəyişir. Alıcılıq qabiliyyətini nəzərə alsaq, təbii ki, bu qiymət satışlara təsir edir".
Müsahibimiz bildirib ki, cüzi satış artımı olsa da, qiymət artımına görə satış gözləntilərdən azdır.
Rəylər