Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Məşhur müğənnidən Ermənistanın təcavüzkarlığını qınayan paylaşım - FOTO
Əslən Azərbaycandan olan rusiyalı ifaçı Jony (Cahid Hüseynli) “Instagram” hesabından Ermənistanın təcavüzkarlığını qınayan paylaşım edib.
“Dağlıq Qarabağın işğalı 30 ildir davam edir. Azərbaycan bu münaqişənin sülh yolu ilə ədalətli həllinə nail olmaq üçün əlindən gələni edib.
BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası və bir sıra digər beynəlxalq təşkilatlar qondarma Dağlıq Qarabağ Respublikasını tanımayıbar və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini deyiblər.
Lakin Ermənistan bu ərazini azad etmək və geri qaytarmaq üçün heç bir tədbir görmədi. Bütün bunlar hərbi əməliyyatların başlanmasına səbəb oldu.
Artıq hər iki tərəfdə çox sayda itki var və Ermənistan siyasətçiləri qan tökülməsini dayandırmaq, Azərbaycanın tanınmış statusa sahib qanuni torpaqlarını qaytarmaq əvəzinə, adamlarını Azərbaycanın erməni xalqına və müstəqilliyinə müharibə elan etdiyinə inandıraraq müharibəyə təhrik etməyə davam edirlər”, - deyə o qeyd edib.
View this post on Instagram
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Antoniu Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
- BMT-nin Turizm baş katibi: "Uşaqlara iqlim dəyişikliyi nə olduğu aşılanmalıdır"
- BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib
Ən çox oxunanlarDigər xəbərlər
Rəylər