"Azərbaycan iqlim dəyişikliyi sahəsində razılaşmaların reallaşmasını təmin etmək üçün özünün Yaşıl Fondunu yaradacaq".
Oxu.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin (SIDS) Sammitində deyib.
O bildirib ki, COP29 ilk növbədə zərərlərin geniş müzakirəsinə, eləcə də landşaft dəyişikliyinə qarşı səylərin birləşdirilməsinə istiqamətlənib:
"Biz inanırıq ki, əgər bu iqlim prosesi hansısa bir ölkəyə faydası yoxdursa, deməli, o işləmir. Biz yaşıl enerji və həmrəylik uğrunda birgə fəaliyyətə istiqamətlənmişik və bu gündəliyi dəstəkləyəcəyik".
Mərahim Nəsib
Rəylər