Vətən müharibəsi zamanı adını qəlblərə daimi yazdıran şəhidlərimizdən biri də Vəli Quliyevdir.
O, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 6-da Qubadlı döyüşləri zamanı şəhid olub.
Şəhidin anası Həqiqət Quliyeva deyir ki, igidliyinə, yüksək döyüş məharətinə görə hərbçi yoldaşları Vəliyə "Naxçıvan canavarı" ləqəbini veriblər.
"Vəli mənim sirdaşım olub. Şəhid olandan sonra əynindəki paltarı, üzərindəki əşyaları mənə təqdim etdilər. Ondan qalanları əzizləmək bir anaya çox çətindir", - o qeyd edib.
Quliyevlər ailəsində şəhidimizin adını daşıyan körpə böyüyür. Vəlinin əkiz qardaşı Maqsud Quliyev oğluna qardaşının adını verib.
"Övladımı qardaşımın adı ilə səsləmək çox çətin hissdir. Həm də qürurvericidir ki, qardaşımı yaşadıram", - M.Quliyev bildirib.
Daha ətraflı Baku TV-nin süjetində:
"Naxçıvan canavarı" ləqəbli şəhid Vəlinin anası: "Ən yaxın sirdaşımı itirdim"
Rəylər