Fövqəladə Hallar Nazirliyinin (FHN) Mühasibat uçot idarəsinin rəisi vəzifəsindən azad edilib.
"Qaynarinfo"nun verdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Nazirin əmri ilə hərbi polkovnik Flora Qəzənfər qızı Niftiyeva Maliyyə İqtisadiyyat Baş İdarəsinin Mühasibat uçot idarəsinin rəisi vəzifəsindən azad olunaraq, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Məlumata görə, FHN-in nəzarət təftiş komissiyasının rəisi Qəşəm Məmmədovun sözügedən idarədə keçirdiyi yoxlamadan sonra idarənin rəisi vəzifəsindən azad olunub.
Flora Niftiyeva vəzifəsindən azad edilməsi ilə bağlı məlumatı təsdiqləyib. Xanım polkovnik bildirib ki, vəzifəsindən yoxlamaya görə deyil, son yaş həddi ilə əlaqədar azad edilib:
"Mən 4 il əvvəl səhhətimlə bağlı rəhbərliyə (Nazir Kəmaləddin Heydərov - red.) müraciət etmişdim. Amma sağ olsunlar, təqaüd yaşım çatandan sonra müraciətim qəbul edildi".
Rəylər