Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nazirlik rəsmisi: “Sənətçinin bioloji ölümü rəsmi təsdiqləndikdən sonra mediaya açıqlama yaydıq” - FOTO
“Uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən, tanınmış müğənni, Əməkdar artist Aygün Bəylər Türkiyədə dünyasını dəyişib. O bir müddət öncə müvafiq müayinələrdən keçmək məqsədilə Türkiyəyə yollanmışdı”.
Bunu Oxu.Az-a açıqlamasında Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Aynur Kərimova deyib.
O bildirib ki, nazirlikdə olan məlumata görə, müğənninin səhhətində qəfil ağırlaşma müşahidə edilib:
“Vəziyyətinin anidən ağırlaşması səbəbindən onun müalicə aldığı xəstəxanada süni tənəffüs aparatına qoşulduğu deyildi. Sənətçinin dərhal xüsusi ambulans tipli təyyarə ilə Azərbaycana gətirilməsi nəzərdə tutulmuşdu. Lakin həkim-mütəxəssislər tərəfindən onun bu vəziyyətdə ölkəyə gətirilməsinin qeyri-mümkün olduğuna dair rəy verildi. Təəssüf ki, zəruri olan bütün tibbi müdaxilələrə rəğmən, Aygün Bəylərin həyatını xilas etmək mümkün olmadı. Mədəniyyət Nazirliyi sənətçinin bioloji ölümü rəsmi təsdiqləndikdən sonra mediaya açıqlama yaydı”.
Məlumatlarda qarışıqlıqla bağlı yaranan duruma aydınlıq gətirən Aynur Kərimova qeyd edib ki, informasiya kirliliyinə yol verilməməsi üçün bu hadisə barədə məlumatlar verilərkən hər kəsdən həssas yanaşmağı rica edirlər.
Könül Cəfərli
Mövzuya aid xəbərlər
- Aygün Bəylərin nəşi ata evinə gətirildi - YENİLƏNİB + FOTO/VİDEO
- Bir il ərzində 50 yaşın astanasında dünyadan köçən məşhurlarımız - FOTO
- Aygün Bəylərin bacısı: “Düşündük ki, ayıla bilər” - AÇIQLAMA
- Deputat: “Heydər Əliyev Aygün Bəyləri dinləyəndə kövrəlirdi” - FOTO
- Aygün Bəylərin nəşinin Bakıya gətirilməsi niyə yubanır? - VİDEO
Rəylər