Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə fəaliyyət göstərən xüsusi təhsil müəssisələri istisna olmaqla orta məktəblərdə payız tətilinin vaxtı dəyişib.
Axar.az xəbər verir ki, qərara əsasən, ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-ə qədər payız tətili olacaq.
Noyabrın 9-10-u və 23-24-ü şənbə və bazar günlərinə, eləcə də 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü qeyri-iş günlərinə, həmçinin 9 noyabr şənbə gününə düşdüyü üçün 11 noyabr da qeyri-iş günü olacaq. Beləliklə, orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayacaq və tam 17 gün - 25 noyabra qədər davam edəcək.
Noyabrın 25-i isə dərs günü olacaq.
Rəylər