Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Oxu.Az-ın, “Report”un və “Kaspi” qəzetinin əməkdaşları MEDİA-nın müsabiqəsində qalib oldular
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən 27 noyabr 2023-cü il tarixində elan olunmuş “Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlanıb.
Müsabiqənin nəticələrini bu gün MEDİA elan edib.
Oxu.Az-ın əməkdaşı Könül Soltanova (Cəfərli) “Fərdi jurnalist müsabiqəsi”nin “Ən yaxşı araşdırma” nominasiyası üzrə qalibi olub.
Qeyd edək ki, müsabiqədə fərqlənənlər arasında “Report” İnformasiya Agentliyinin iki, “Kaspi” qəzetinin isə bir əməkdaşı da var.
Belə ki, Tural İbadlı (“Report”) “Ən yaxşı müsahibə”, Sədrəddin İsmayılov Soltan oğlu (“Report”) “Ən yaxşı ictimai-siyasi təhlil” və Aygün Cəfərova (“Kaspi”) “Ən yaxşı müsahibə” nominasiyaları üzrə qalib olaraq mükafatlandırılıblar.
"MEDİA" teqi üzrə xəbərlər
- “Seçki ilə bağlı yayılmış video başqa ölkədə çəkilib” - RƏSMİ
- MEDİA-nın Müşahidə Şurasının tərkibi təsdiqləndi - SİYAHI
- Prezident seçkisində medianın rol və vəzifələrinə həsr olunan praktiki seminar keçirilib
- Medianın İnkişafı Agentliyinin üç yaşı tamam olur
- Əhməd İsmayılov: “Azərbaycan mediası ölkə həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır”
Rəylər