Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Paytaxtda məşhur məktəbin direktoru işdən çıxdı
Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova vəzifəsindən azad edilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, o, çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurub.
Məlumatı məktəbdən təsdiq ediblər.
Sara Xanlarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təhsilin inkişafında xidmətlərinə görə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunub.
O, respublikanın Əməkdar müəllimidir.
Qeyd edək ki, Bakının mərkəzində yerləşən 132-134 nömrəli Təhsil Kompleksində 2700-dən çox şagird təhsil alır. Məktəb Bakının ən qədim təhsil müəssisələrindən biridir.
Xatırladaq ki, çalışmanın yaş həddinə çatmış direktorların fəaliyyətləri ilə bağlı araşdırma aparılıb. Aparılan araşdırmalar nəticəsində ümumi təhsil müəssisələrində bəzi çatışmazlıq və nöqsanlar, eyni zamanda şagirdlərin nəticələrində geriləmələr müşahidə edilib. Nəticədə ölkə üzrə ümumilikdə 64 nəfər məktəb direktorunun 2024-2025-ci tədris ili üzrə müqavilələrinin uzadılmaması qərara alınıb.
"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi" teqi üzrə xəbərlər
- Nazir: "Məsələ tərəflərin elmin verdiyi cavabları qəbul edib əməli addımlar atması ilə bağlıdır"
- Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısına dəyişiklik edilib
- Xaricdə tələbə adı qazanan 23 azərbaycanlı proqramdan imtina edib
- Emin Əmrullayev müdir müavinini işdən çıxardı
- Müəllimlərin maaşına hansı hallarda əlavələr edilir?