"Bu ərazi səki deyil, dövlət avtomobil yoludur".
Bu məlumat Oxu.Az-ın sorğusuna əsasən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilib.
"Sözügedən ərazi dövlət avtomobil yoluna aiddir. Ərazidə yaşayan sakinlər tərəfindən bir neçə dəfə AYNA-ya qanuni parklanma yerlərinin yaradılması ilə bağlı müraciət olunub. AYNA tərəfindən ərazidə təhlillər aparılıb, parklanmaya tələbat nəzərə alınaraq avtomobil yolunda küçə parklanma yerləri təşkil edilib.
Qeyd edək ki, yolun hər iki tərəfində piyadaların rahat və maneəsiz hərəkəti üçün müvafiq şərait mövcuddur", - deyə məlumatda bildirilir.
"Bu ərazi səki deyil, dövlət avtomobil yoludur".
Son günlər Bakı sakinlərini narahat edən məsələlərdən biri də səkilərin pullu parkinqə çevrilməsidir.
Oxu.Az xəbər verir ki, paytaxtın Nərimanov rayonunda yerləşən Mirzəbala Əhmədzadə küçəsində səkinin bir hissəsi artıq pullu parkinq kimi istifadə olunur.
Sürücülər və yerli sakinlər bu vəziyyətdən ciddi narazılıq edirlər. Onların sözlərinə görə, boş səkilərin pullu parkinqə çevrilməsi qanunsuz və ədalətsizdir. Səkilər piyada keçidi üçün nəzərdə tutulub və onların bu cür "özəlləşdirilməsi" yolverilməzdir.
Səkilərin hansı səbəbdən pullu parkinqə çevrilməsi isə aydın deyil.
Daha çox foto burada: PhotoStock.az
Əzizə İsmayılova
Rəylər