Bərdənin Ləmbəran qarpızının təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da şöhrəti var idi.
Yerli sakinlər bildirirlər ki, bu torpaqlarda həmişə "Cəfərxan", "Saday", çal qarpız, çil qarpız, yerli qara və ala qarpız sortları əkilirdi.
Bu məhsullar həm çəkisi, həm məhsuldarlığı, həm də dadı ilə seçilirdi.
"Elə böyük qarpızlar olub ki, vertolyotla Bakıya aparıb, kənd təsərrüfatı sərgisində nümayiş etdiriblər. Ən hörmətli adamlara həmin iri qarpızlardan göndəriblər", - deyə fermer Slavik Süleymanov söyləyib.
Ləmbəran kəndinin yaşlı sakinlərinin sözlərinə görə, indi nə ovaxtkı məhsuldarlıq var, nə də adı dillər əzbəri olan həmin dad. Bir vaxtlar məşhur olan yerli qarpız sortlarının olmaması fermerləri həvəsdən salıb.
Onlar məhsuldarlığı əvvəlki kimi artırmaq və həmin məşhur qarpızın dadını almaqla bağlı yollar axtarırlar.
Daha ətraflı Baku TV-nin materialında:
"Qarpızları Bakıya vertolyotla aparıb sərgiyə qoyurdular" - Yerli fermerlər köhnə dad axtarışında
Rəylər