Qaxda 20 yaşlı traktorçu ürək çatışmazlığından vəfat edib.
APA-nın məlumatına görə, hadisə rayonun Dəymədağlı kəndində baş verib.
Kənd sakini, 2004-cü il təvəllüdlü Loğman Fərman oğlu Məmmədli yaşadığı kəndin ərazisində traktorla hərəkət olan zaman ürək çatışmazlığından vəfat edib. Traktor kolluq əraziyə girərək dayanıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər