Dünən Quba rayonunda 38 yaşlı həkim Şamo Mehdiyevin yamac paraşütü ilə uçarkən faciəli şəkildə ölməsinin bəzi detalları üzə çıxıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə saat 17 radələrində Qırızdəhnə kəndinin ərazisində baş verib.
Laçın rayon sakini olan Şamo paraşütlə enərkən iplər bir-birinə dolaşıb. Nəticədə həvəskar idmançı təxminən 10-15 metr hündürlükdən yerə sərt şəkildə düşüb və onun ayaqları qırılıb.
Ş.Mehdiyev xəstəxanaya aparılarkən yolda ölüb. Bildirilir ki, Ş.Mehdiyevin xəsarəti ölümcül olmayıb, lakin o, travmatik şoka düşüb və bu səbəbdən vəfat edib.
Qeyd edək ki, Ş.Mehdiyev stomatoloq olub və həvəskar şəkildə yamac paraşütçülüyü ilə məşğul olurmuş.
Tanınmış həkimin paraşütlə enərkən faciəli şəkildə ölməsinin DETALLARI
Ötən gün saat 16:00-da 1986-cı il təvəllüdlü Şamo Salman oğlu Mehdiyev Quba rayonu, Qırız Dəhnə kəndində dağlıq ərazidən paraşütlə uçuş zamanı idarəetməni itirərək yerə çırpılıb.
"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, Şamo Mehdiyev tanınmış stomatoloq olub.
Əslən Laçından olan həkim uzun müddətdir həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olurmuş.
Qeyd edək ki, Şamo Mehdiyev sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı nəticəsində yaranan travmatik şokdan ölüb.
Tanınmış həkimin paraşütlə enərkən faciəli şəkildə ölməsinin DETALLARI
Qubada paraşütçü uçuş zamanı qəza edib.
APA xəbər verir ki, hadisə dünən rayonun Qırız Dəhnə kəndində baş verib.
Belə ki, uzun müddət həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Şamo Salman oğlu Mehdiyev dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.
Hadisə nəticəsində sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı xəsarəti nəticəsində yaranan travmatik şokdan ölüb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.