Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin paytaxtda ictimai nəqliyyatla bağlı keçirdiyi islahatlar paytaxtda vətəndaşlar üçün daha rahat səyahət etmək imkanı yaradır. Bununla belə, paytaxtdan kənarda rayonlarda və şəhərlərdə isə hələ də sistemli marşrutun olmaması barədə şikayətlər var.
Modern.az mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, regionlarda ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə marşrut xətləri təhlil edilir və avtobus parkının yenilənməsi diqqət mərkəzində saxlanılır:
"Daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı tapşırıqlar qoyulur. Hazırda ölkənin bütün rayon və şəhərlərinin nəqliyyat şəbəkəsi geniş təhlil olunur və nəticələrə uyğun olaraq marşrut xətləri mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır".
Rəylər