Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında rentgenoqrafiya cihazının 2 ilə yaxındır ki, işləmədiyi iddia edilir.
Məsələ ilə bağlı "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nə (TƏBİB) sorğu ünvanladıq.
Qurumdan Bizim.Media-ya bildirilib ki, hazırda Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanada mövcud olan rentgen cihazının hərəkət sistemində və kaset qəbuledicisində bərpası mümkün olmayan problem yaranıb:
"Bununla əlaqədar xəstəxanaya yeni rentgen cihazının verilməsi üçün aidiyyəti üzrə müraciət edilib. Yaxın zamanlarda yeni rentgen cihazının alınaraq istifadəyə verilməsi təmin olunacaq".
Rəylər